Uşağın barmağında dəmir halqanın sıxışması FHN-in müdaxiləsinə səbəb oldu

 21:53 01.10.2023     391

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən