Kürdəmirdə ağır yol qəzası - xəsarət alanlar var

 19:39 02.10.2023     574

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı "Mercedes" markalı avtomobillə "VAZ 2107" markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən