Xankəndidən çıxan ermənilərin növbəti təxribatı: meyitləri morqda saxlayıb çıxıblar

 20:15 02.10.2023     425

Ermənilər Xankəndidən çıxarkən şəhər xəstəxanasının morqunda 16 meyiti aparmayaraq orada saxlayıblar.

Redaktor.az-ın məlumata görə, bunlar Xankəndidə vəfat etmiş şəxslərin meyitləridir.

Faktı Azərbaycanın müvafiq orqanları aşkarlayıb.

Rəsmi Bakı humanizm nümayiş etdirərək meyitləri Ermənistana aparılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Vumart və Güvən reklamı Vumart Güvən