Xaçmazda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

 20:48 03.10.2023     352

Xaçmaz-Niyazoba kənd yolunda qəza baş verib.

Redaktor.az xəbər verir ki, Xaçmaz rayonunun Güləlan kəndi ərazisində VAZ-2106 və “Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə rayon sakinləri Vüqar Məmmədov, Mahir Paşayev və Vüsal Sadıqov xəsarət alıblar. Onlara Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən