Cəlilabadda yol qəzası oldu, ata və oğlu xəsarət aldı

 22:37 03.10.2023     377

Cəlilabad rayonunun M.Hüseyn küçəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, minik avtomobilinin maneyə çırpılması nəticəsində rayon sakini, 1976-cı il təvəllüdlü Emin Abasov və oğlu, 1997-ci il təvəllüdlü Xalid Abasov müxtəlif xəsarətlər alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.