Tərtər sakini piyada əleyhinə minaya düşdü

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Araşdırma aparılır.