Qarabağda sülhməramlıların daha 3 postu BAĞLANDI

 21:09 06.10.2023     911

Son 24 saat ərzində Azərbaycan ərazisində müvəqqəti məskunlaşmış Rusiya sülhməramlıları iki daimi və bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, gün ərzində tərəflərin təmas xəttindən mühafizə postlarının tərksilah edilməsi və geri çəkilməsi ilə əlaqədar üç müşahidə məntəqəsi bağlanıb.