Goranboyda kürəkən qayınanasını və arvadını bıçaqladı

 22:16 06.10.2023     950

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Pərvanə Yolçuyeva və onun anası 1966-cı il təvəllüdlü Siyatel Əliyeva bıçaqlanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Məlumata görə, hər iki şəxsi ailənin kürəkəni, Nihat adlı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.