Bakıda sürücü idarəetməni itirərək yolu keçən piyadanı vurdu

 23:59 06.10.2023     293

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, qəza Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

"Ford" markalı minik avtomobilininin sürücüsü idarəetməni itirərək yolu keçən piyadanı vurub.

Zərbənin təsirindən piyada xəsarət alıb.

Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatı araşdırılır.