Ağstafada mikroavtobus qəzası - Yaralılar var

 09:40 07.10.2023     320

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindəki payında qeydə alınıb. Hərəkətdə olan mikroavtobus evakuatorla toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişinləri- 42 yaşlı Afət Məmmədova və 41 yaşlı Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılıb.