Qaxda eyni vaxtda iki yanğın hadisəsi

 17:00 07.10.2023     359

Qax rayonunda eyni vaxtda iki yanğın hadisəsi baş verib.

Redaktor.az "qafqazinfo"ya  istinadən xəbər verir ki, yanğılardan birincisi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində qeydə alınıb. Yanğın yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin 100 kvadratmetr sahədə dam və tavan örtüyü tamamilə yanıb.

Digər yanğın hadisəsi isə Qax rayonu İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus köməkçi tikilidə baş verib. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı köməkçi tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanıb