Xırdalanda qadını hədələyən şəxs tutuldu

 17:40 07.10.2023     441

Sosial şəbəkələrdə Xırdalan şəhərində qadının bir şəxs tərəfindən hədələnməsini əks etdirən görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “qafqazinfo”ya görüntülərdən məlumatlı olduqlarını bildirib.

Qeyd olunur ki, həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.