Gədəbəydə minik avtomobili ağaca çırpıldı, ölənlər var

 21:19 07.10.2023     342

Gədəbəydə iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "report"a istinadla xəbər verir ki, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2003-cü il təvəllüdlü Əli Süleymanlı və 1997-ci il təvəllüdlü Rasim Gülməmmədov aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Avtomobilin sürücüsü olan Orxan Allahverdiyev isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.