Sumqayıt sakini yüksək dozada narkotikdən öldü

 23:18 07.10.2023     339

Sumqayıtda 36 yaşlı kişi normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.

Redaktor.az "APA"ya istinadla xəbər verir ki, hadisə şəhər xəstəxanasında baş verib.

Sumqayıt sakini 1987-ci il təvəllüdlü Ruslan Əzizağa oğlu Verdiyev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Verdiyev şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R. Verdiyev dünyasını dəyişib.