Balakəndə çörəkbişirmə sexində yanğın oldu

 15:31 08.10.2023     285

Balakən şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsinin tavanı 160 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.