Bərdədə traktor yandı, 1 nəfər xəsarət aldı

 17:48 08.10.2023     327

Bərdə rayonunun Qazaxlar kəndində traktorun kabinası yanıb, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.