Cəlilabadda yol qəzası oldu, xəsarət alanlar var

 22:13 08.10.2023     337

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, "VAZ- 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərin sürücüləri - Aqil Əhmədov və Nizami Səfərov xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.