Biləsuvarda avtomobillər toqquşdu, iki nəfər yaralandı

 23:10 08.10.2023     311

Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, dairəvi yolda baş verib.

"Opel" və VAZ-2106" markalı nəqliyyat vasitələri qəza törədib.

Nəticədə iki nəfər - 1990-cı il təvəllüdlü Əsgər Gülağa oğlu Quliyev və 2003-cü il təvəllüdlü Xəyal Şahin oğlu Qubadlı yüngül bədən xəsarətləri alıblar.

Hər iki nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.