Bakıda 67 yaşlı şəxs imtahan vaxtı ÖLDÜ
Dövlət İmtahan Mərkəzinin (DİM) oktyabrın 8-də Bakıda keçirdiyi imtahan zamanı ölüm hadisəsi baş verib.
Redaktor.az-ın xəbərinə görə, hadisə Bakı Biznes Universitetində qeydə alınıb.
DİM-in peşəkar mühasib sertifaktı imtahanında iştirak edən 1956-cı il təvəllüdlü Qəribov Alxaz Abid oğlu vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.