Xaçmazda qəza - 4 nəfər yaralandı

 22:11 09.10.2023     912

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində "QAZ 3110" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Redaktor.az xəbər verir ki, qəza zamanı yaralanan Alim Novruzov, Gülyanə Novruzova, Hicran Qəmbərova və Canpolad Qəmbərov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.