Ucarda 46 yaşlı kişi bıçaqlandı

 22:13 11.10.2023     727

Ucarın Alpout kəndində bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az "report"a istinadən xəbər verir ki, 46 yaşlı İlham Həsənov münaqişə zəminində döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı ətrafdakı insanların köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən