Mingəçevirdə azyaşlını avtomobil vurdu

 23:58 11.10.2023     344

Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Mustafazadə Əli Vüqar oğlun minik avtomobili vurub. Xəsarət alan 12 yaşlı Ə.Mustafazadə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.