Xaçmazda qəza - Ölən var

 15:30 13.10.2023     275

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bugün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan əyləşərək idarə edib.

Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı işi başlanılıb, araşdırmalar davam etdirilir.