Zaqatalada ağır yol qəzası - Ölən var

 13:16 14.10.2023     279

Zaqatalada ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin - Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.