Xaçmazda 49 yaşlı kişi bıçaqlandı

 19:57 14.10.2023     352

Xaçmazın Yergüc kəndində bıçaqlanma baş verib.

Redaktor.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Adayev Cəfər Sadiq oğlu ürək və boğaz nahiyələrindən üç bıçaq xəsarəti alıb.

Yaralı təcilli tibbi yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır (report).