Yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət BİLDİRİLDİ
TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.
Redaktor.az “APA”ya istinadən xəbər verir ki, 14.10.2023-cü tarixində saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:
“Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb”.
Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.