Kürdəxanıda 4 avtomobil toqquşdu - Ölənlər var

 22:54 14.10.2023     391

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən