“Jiquli” və “Qazel” toqquşdu: 2 YARALI

 20:53 15.10.2023     272

Bu gün axşam saatlarında Quba-Nügədi yolunda avtomobil qəzası baş verib. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, “VAZ-2106” və “Qazel” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Quba Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxananın mətbuat xidməti zərərçəkənlərlə bağlı məlumat verməkdən imtina edib.
Faktla bağlı araşdırma aparılır.