Göygöldə 25 yaşlı gənci avtomobil vuraraq öldürdü

 23:45 15.10.2023     283

Göygöldə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı qeydə alınıb.

Hərəkətdə olan avtomobil Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Elvin Ələsgərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.