Astarada sel körpünü UÇURDU - FOTO

 12:13 16.10.2023     413

Astaranın Şiyəkəran kənd sakinləri yolsuz qalıb.

Redaktor.az xəbər verir ki, rayonda yağan intensiv yağışlar səbəbindən yaranan sel suları yenicə istifadəyə verilmiş körpünü dağıdıb.

Nəticədə kənd sakinləri çətinliklə üzləşiblər. Kəndə giriş-çıxış üçün alternativ yol 6 km aralıdan keçir. Bu yol isə bərbad vəziyyətdədir.

Kənd icra nümayəndəliyindən bildirilib ki, sözügedən körpü yalnız piyadalar üçün nəzərdə tutulub.

"Alternativ yolla hərəkəti bərpa etmək üçün yolda hamarlama işləri aparılacaq", - nümayəndəlikdən qeyd edilib.(Report)