Şəkli gündəm olan keçmiş deputatın oğlu işdən ÇIXARILDI

 13:14 16.10.2023     435

Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun işdən çıxarılması barədə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, Araz İmanov işdən çıxarılması ilə bağlı xəbərin doğru olduğunu bildirib.

O, işdən hansı səbəbdən ayrılması ilə bağlı şərh vermək istəmədiyini vurğulayıb.

Xatırladaq ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.

Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada Araz İmanovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc edilmişdi (qafqazinfo).