Vəkili Vaqif Xaçatryanın müdafiəsindən İMTİNA ETDİ

 10:39 17.10.2023     344

Azərbaycan vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın müdafiəsindən imtina edib.

Redaktor.az xəbər verir ki, bu gün Yasamal rayon məhkəməsində Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə məlum olub.

Prosesdə N. Beydullayev məhkəməyə müraciət edib. O bildirib ki, səhhəti ilə əlaqədar müdafiədən imtina edir.

Etiraz qəbul edilib və V. Xaçatryan başqa müdafiəçi ilə təmin edilib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova V. Xaçatryana müdafiəçi təyin edilib.