“Övladım anasının kürəyində donub öldü” - Xaçatryanın məhkəməsindən

 12:54 17.10.2023     452

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın məhkəməsində həmin kənddə yaşamış keçmiş polis Nemət Rəcəbov çıxış edib.

Redaktor.az xəbər verir ki, Meşəli soyqırımında övladını itirən N.Rəcəbov təqsirləndirilən şəxsə ən ağır cəzanı tələb edib:

“Qışın soyuq günü idi. Gecə səsə ayıldım. Həyat yoldaşım 1 yaşlı uşağımla birgə meşəyə qaçıb gizləndi. Bir neçə saat sonra uşaq kürəyində donub öldü. Həyat yoıdaşım da əlil qalıb. Bundan başqa bir ailəni məhv etdilər. Güllələnmə və ya ömürlük təkəb edirəm”.

Daha sonra zərərçəkmiş Eldar Salmanov ifadə verib. E.Salmanovun həmin vaxt 16 yaşı olub. Zərərçəkmiş ifadəsində dəhşətli hadisələrə şahid olduğunu deyib:

“Təsəvvür etmək belə dəhşətdir. 28 nəfərin meyiti mənim yanımda yığıldı. Döşləri kəsilmiş qadınlar, qulağı kəsilmiş insanlar var idi. Bunlarda qulaq kəsib aparana yaxşı pul verirdilər”.

Zərərçəkmişin dediyinə görə, Xaçatryanın da üzv olduğu dəstə meyitlər üzərində də nalayiq hərəkətlər ediblər:

“Meyitlərin gözünü çıxarır, müxtəlif hərəkətlər edirdilər. Ən qatı türk düşmənidir bular. Bunlar evə od vurub oynayırdılar. Yanan evin içində qızların ah-nalə səsləri eşidilirdi. Yanğından qaçıb çıxanı da güllələyirdilər”.

Qeyd edək ki, məhkəmə prosesində Vaqif Xaçatryan bəzi epizodlarda zərərçəkmiş şəxslərlə Azərbaycan dilində danışıb.(Qafqazinfo)