Balıqçı dənizdə boğulub öldü

 21:51 17.10.2023     352

Şabranda iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

Redaktor.az xəbər verir ki, onlardan biri xilas ola bilsə də Şabran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən