“Jiquli” betona çırpıldı, sürücü öldü

 23:25 17.10.2023     220

Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, qəza şosenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı maşını idarə edən  Səddrəddinbəyov Ülvi Məhəmməd oğlu sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb.

Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin Ekologiya postu istiqamətində tıxac yaranıb.