Qəbələdə qadın ana və qızını bıçaqladı

 11:37 18.10.2023     279

Qəbələdə qadın və onun qızı bıçaqlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, oktyabrın 17-si saat 20:30 radələrində Qəbələ şəhər sakini Elnarə Tahirovanın və onun 17 yaşlı qızının kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salatın Əhmədiyyəzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.