Kəngərlidə maşın yandı

 16:52 18.10.2023     345

Kəngərli rayonunun Qıvraq qəsəbəsində maşın yanıb.

Redaktor.az xəbər verir ki, “Hyundai H100” markalı yük avtomobili yaranan texniki nasazlıq səbəbindən idarəetməni itirərək yol kənarına aşıb. Qəza nəticəsində yanğın hadisəsi baş verib.

Hadisə yerinə Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.