Sumqayıtda itkin düşən 13 yaşlı yeniyetmə TAPILDI - FOTO

 17:07 18.10.2023     306

Sumqayıtda itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun yaxını məlumat verib.

Bildirilib ki, saytımızın yaydığı məlumatı görən bir nəfər şəxs azyaşlını Bakı metrosunun "Nizami" stansiyası yaxınlığında gördüyünü deyib. Daha sonra Ömərin atasına video zəng edərək oğlunu göstərib, atası gələnə qədər Ömərin yanında dayanıb.(BAKU.WS)