Polkovnik VƏFAT ETDİ

 19:46 18.10.2023     438

Dövlət Gömrük Komitəsi Akademiyasının baş mütəxəssisi, gömrük xidməti polkovniki Şəmsəddin Abışov vəfat edib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 60 yaşlı polkovnik ürək tutmasından dünyasını dəyişib.

Ş.Abışov əvvəllər Azərbaycan ordusunda batalyon komandiri və ordu korpuslarından birində qərargah rəisi kimi xidmət edib.