Şəkidə yol-nəqliyyat hadisəsi baş verdi, xəsarət alan var

 23:46 18.10.2023     675

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə Orta Zəyzid kəndində qeydə alınıb.

Oğuz rayon sakini, 1973-cü il təvəllüdlü Asif Akif oğlu Həsənov idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə Oğuz rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı çuxura düşüb.

Qəza zamanı avtomobildə olan sərnişin - Oğuz rayon sakini, 66 yaşlı Hüseyn Məhəmməd oğlu Hacıyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən