88 yaşlı qayınata gəlinini güllələyib öldürdü

 09:44 19.10.2023     736

Bu gün saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində qətl törədilib.

Redaktor.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinir.

Araşdırma aparılır.