Goranboyda qəza oldu, xəsarət alanlar var

 20:50 19.10.2023     711

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "QAZel" markalı yük maşını ilə traktor toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.