Bakıda gənc oğlan yol qəzasında xəsarət aldı

 09:00 21.10.2023     261

Bakının Sabunçu rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Redaktor.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Mikayılov Mikayıl Eynulla oğlu yaralanıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .