Sürücü sükan arxasında öldü

 10:06 21.10.2023     279

Cəlilabad rayon sakini sükan arxasında qəfildən vəfat edib.

Redaktor.az xəbər verir ki, ötən axşam 42 yaşlı Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı rayonunda hərəkətdə olarkən ölüb.

C. Babayevin ürəktutması nəticəsində vəfat etdiyi bildirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.