Bakıda evdən 10 min manatlıq oğurluq olub

 11:12 21.10.2023     287

Bakıda evdən oğurluq edilib.

DİN-dən Redaktor.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən seyfdən 5000 manat pul, 5800 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nuruyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.