Azyaşlının ölümü ilə bağlı araşdırma aparılır

 13:01 21.10.2023     288

Oktyabrın 14-də 11 yaşlı Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazsindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.