Toy keçirilən restoran yandı

 20:05 21.10.2023     600

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda qeydə alınıb.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.