Goranboyda avtomobillər toqquşdu, xəsarət alanlar var

 22:33 21.10.2023     720

Goranboy şəhərində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, "NİVA" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Ə.Tağıyev, 1987-ci il təvəllüdlü A.Tağıyev və daha 1 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.