Bakıda İran vətəndaşı qəza törətdi, 3 avtomobilə ziyan dəydi

 23:29 21.10.2023     315

Bakının Binəqədi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

İran vətəndaşının idarə etdiyi yük maşını üç avtomobili əzib. Hadisədə "Chevrolet", "Kia" və "Opel" markalı minik avtomobillərinə ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.