Gəncədə sirkə turşusu içən şəxs öldü
Gəncədə səhvən sirkə turşusu içən 30 yaşlı kişi xəstəxanada ölüb.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, oktyabr ayının 20-də səhvən su əvəzinə sirkə turşusu içərək zəhərlənən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Fəxrəddin Əkbərov Bakıda yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.